Avtomobilin ən vacib elementi onun faralarında istifadə edilən lampalardır. Led işıqlar olarmı? Hansı led-lər qadağandır? Ksenon olar? Nivaya olar? Bəs 07-yə?
Bu suallara ekspert Tural Yusifov cavab verməyə çalışıb.
Daha ətraflı bu videoda.
Lampanın üzərində bu yazılar olmadıqda, bu lampaları istifadə etmək düzgün deyil. Həmçinin, 2000 lümyendən artıq işıqlanması olan lampalar mütləq avtonizamlayıcı ilə birgə istifadə edilməlidir.
Farada H , lampada U işarəsi hallogen lampaya işarə edir və LED lampa hallogeni əvəz edə bilir. LEd lampaların ayrıca işarələnməsi olmadığına görə hallogen yerinə istifadə edilə bilər. Duman işıqlarında isə B (və ya F3) işarələnməsinin yanında mütləq MD (modul diod) yazılması lazımdır. Yəni, duman işığı bizdə H3-dür, farad MD yazılıbsa o zaman biz H3 LED quraşdıra bilərik. Quraşdırdığımız H3 lampada isə mütləq yuxarıda göstərilmiş şəkildə işarələnmə olmalıdır. Bu olmasa, o zaman standardan kənar lampa quraşdırmış oluruq. Bu isə 150 manat cərimədir.