HƏMAS lideri öldürüldü

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

TASS xəbər verir ki, bu barədə hərəkat özü məlumat yayıb. 

Bildirilib ki, ona qarşı sui-qəsd Tehrandakı iqamətgahında baş verib. Hadisə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qeydə alınıb. 

Tasnim Agentliyinin məlumatına əsasən, hücum zamanı daha bir nəfər həlak olub. Həmin şəxsin Haniyənin mühafizəçisi olduğu deyilir.

HƏMAS İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.

“Tasnim” İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən xəbər verir ki, İran hakimiyyəti qətlin hansı şəraitdə baş verdiyini araşdırır.

Qeyd olunur ki, İ. Haniyə dünyanın ən zəngin fələstinlilərindən biri hesab olunurdu. O, uzun müddət Qətərdə yaşayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ