Azərbaycan medal sıralamasında 15-ci yerdədir

Azərbaycan Olimpiya Komandası Paris-2024 Yay Oyunlarındakı medal sıralamasında 15-ci yerdədir.

Hazırda komandamızın hesabında bir qızıl medal var.

Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün çempion olaraq ölkəmizə ilk mükafatı qazandırıb. 

Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ