“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub.

Bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib.

Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər:

“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.

“Fransa-2” telekanalının bu təxribatındann sonra Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayacağı gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ