Quba-Xudat istiqamətində hərəkət məhdudlaşdı - Video

Güclü sel Qubada bir sıra fəsadlara yol açıb. Sel nəticəsində Qusarçayın Qubadan keçən hissəsində alternativ yol ötürücüsü dağılıb.

“Xezerxeber.az” xəbər verir ki, söhbət Bakı-Quba-Rusiya federasiyası avtomobil yolunun 182-ci kilometrliyindən gedir.

Yeni Güləzi kəndinin yaxınlığında, Qusarçayın üzərindəki alternativ yol güclü selin təsirindən yararsız vəziyyətə düşüb.

Yaranmış çətinliyi aradan qaldırmaq üçün əraziyə baxış keçirilib və hazırda hava şəraiti ilə əlaqədar tikinti işləri dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ