DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. 

Buta.media xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb. 

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. 

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ