Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib

Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub.

Bu vəzifəyə çex diplomat Maqdalena Qronon təyin edilib.

Onun sentyabrın 1-dən etibarən səlahiyyətlərini icra etməyə başlayacağı bildirilib. Xanım Maqdalena Qrono səlahiyyət müddətində BMT və ATƏT-in müvafiq strukturları ilə birlikdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də fəaliyyət göstərəcək.

Qurumdan o da bildirilib ki, diplomatiya və münaqişələrin tənzimlənməsi istiqamətində 25 illik təcrübəyə malik olan Maqdalena Qrononun əsas fəaliyyət istiqamətləri postsovet məkanı və Cənubi Qafqaz olub.

O, Şarl Mişeldən əvvəl Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk ilə birlikdə işləyib.

Bir müddət əvvələ qədər isə “International Crisis Group”un Avropa və Mərkəzi Asiya üzrə direktoru olub.

Xatırladaq ki, Maqdalena Qrono bu postda səlahiyyət müddəti avqustun 31-də bitəcək Toivo Klaarı əvəz edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ