Lerikdə zəlzələ oldu

Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ baş verib.

Bu haqda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 24 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Yeraltı təkanların ocağı 17 kilometr dərinlikdə yerləşib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ