Bakıda ərinin ona rəfiqəsi ilə xəyanət etdiyini bilən qadın özünü binadan atdı - foto

Bakının Xətai rayonu, Gəncə prospekti 35 ünvanında 40 yaşlı qadın özünü binadan atıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə xəyanətə görə baş verib. 

Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə “bacı” deyə müraciət ediblər.

Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ