Azərbaycanda “qırmızı qurd eşənəyi” xəstəliyindən ölüm faktı qeydə alınıb.
Lent.az-a istinadən bildirir ki, hadisə Neftçala rayonunda baş verib.
Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb.
İlkin məlumata görə, E.Məmmədov “qırmızı qurd eşənəyi” xəstəliyindən ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.