Xırdalanda kişi həyat yoldaşını binadan atandan sonra düşüb yerdə təpikləyib - video

Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından həyat yoldaşı A.Kazımovanı qəsdən mənzildən yerə atması ilə bağlı bəzi detallar məlum olub.

Onların qonşusu olan Ramal Burzayev bildirib ki, A.Kazımov arvadını səkkizinci mərtəbədən əl və qolunu bağlayaraq atıb:

“Eşitdiyimə görə hadisə qızıl üstündə olub”.

Ailənin digər qonşusu olan Sabir Qasımov isə vurğulayıb ki, əri həyat yoldaşını yataq geyimində pəncərədən atıb:

“Qız yerə düşdükdən sonra əri hadisə yerinə gələrək onu təpiklədi və dedi ki, “sən hələ ölməmisən?”

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ