Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının heyətini qəbul edib.

Buta.media xəbər verir ki, bu barədə məlumatı TDT öz rəsmi tviter hesabında paylaşıb.

Görüşdə Ərdoğan Ağsaqqallar Şurasının fevralın 9-u İstanbulda keçirilən 12-ci toplantısı barədə məlumatlandırılıb.

Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ