Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə 1 048 nəfər namizədlik üçün müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün parlament seçkiləri keçiriləcək.