Bakıda avtomobil ana və oğlunu vurub, uşaq ölüb

Bakının Xətai rayonunda avtomobil ana və üç yaşlı uşağını vurub. Hadisə General Şıxlinski küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ