Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir:
“Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir”.
11:00
Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılan yeni növ radarlar artıq işə salınıb.
Köhnə radarlardan fərqli olaraq bu elektron lövhələrdə yol üçün nəzərdə tutulmuş sürət limiti ilə yanaşı, sürət həddini aşan avtomobillərin sürəti və nömrə-nişanı qeyd olunur.
Radarların şəhər daxilində nə vaxt quraşdırılacağı ilə bağlı hələ ki məlumat yoxdur.
Köhnə radarlardan fərqli olaraq burada sürət limitini və həddini aşan avtomobillərin sürəti və nömrəsi qeyd olunacaq.