“17.07.2024-cü tarixində 135 saylı xətt üzrə hərəkət edən “İsuzu Citibus” markalı 10-TH-326 qeydiyyat nişanlı avtobusda kondisioner sistemindəki nasazlıq səbəbindən yaranmış problemlə bağlı sərnişinlə sürücü arasında mübahisə baş verib. Sosial şəbəkələrdə yayılan və mübahisəni əks etdirən görüntülər tərəfimizdən araşdırılıb”.
Bu barədə “Xaliq Faiqoğlu” şirkətinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, araşdırma zamanı sərnişinlərdən birinin avtobusun salonunda sürücünün ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra sürücüyə yaxınlaşaraq əl-qol hərəkətləri ilə mübahisəni davam etdirməsi məlum olub:
“Avtobusda kondisionerlə bağlı texniki nasazlığın olduğunu bildirən sürücünü təhqir edən sərnişin onun münaqişəni israrla davam etdirib. Özünü ələ ala bilmədiyini deyən sürücü daha sonra bir neçə dəqiqə işə davam edə bilməyib və sərnişinlərin müvəqqəti olaraq nəqliyyat vasitəsini tərk etməsini xahiş edib. Məsələ ilə bağlı sürücü barəsində daxili təlimatlara uyğun olaraq tədbir görülüb. Sürücü gələcəkdə yarana biləcək bu kimi hallarla bağlı yenidən təlimatlandırılıb. Onun izahatı alınaraq barəsində töhmət elan edilib”.
17.07.2024 18:50
Bakıda marşrut xətlərindən birində problem yaşanıb. Belə ki, Xırdalan şəhəri istiqamətində hərəkət edən 135 saylı marşrut avtobusunda sürücü kondisioneri yandırmayıb.
Bu barədə baku.ws görüntülər yayıb.
Sərnişinlərin hər biri sürücüdən kondisioneri yandırmağı xahiş edib. Lakin sürücü buna məhəl qoymayıb.
Sonda isə o, sərnişinlərə avtobusdan düşərək nəqliyyat vasitəsini tərk etmələrini bildirib.
Sürücünün sözləri sərnişinlərin də əsəb və aqressiyasına səbəb olub.