Sumqayıtda sahibsiz itləri zəhərləyib işgəncə verirlər - video

Sumqayıt şəhərində sahibsiz itin boğazına ip bağlayıb sürüyən şəxs görüntülənib. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Vətəndaş iddia edir ki, Sumqayıt şəhər təmizlik idarəsinin işçiləri sahibsiz küçə itlərini zəhərləyərək öldürürlər.

Bəzi zəhərlənmiş itlər isə hələ ölməmiş boyunlarına ip bağlanılır və sürüyərək gətirilib zibil qutularının yanına atılır.

Polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ