Bu gün, iyulun 17-də, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.
Həmçinin namizədliyi irəli sürülməyən YAP üzvlərinin bəzilərinin adları bəlli olub. Onların arasında Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev var.
Onlarla yanaşı VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədovun da növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyib.