2023-cü ilin iyun ayından itkin düşmüş şəxs kimi axtarılan Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü Y.İbrahimovun sevdiyi qadınla birgə intihar etdiyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Y.İbrahimovun həmin vaxt sevgi münasibətində olduğu Xocalı rayon sakini 1985-ci il təvəllüdlü E.Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinə getdikləri və orada birgə intihar etdikləri müəyyənləşib.
Məlum olub ki, hər iki şəxs sıx meşə sahəsində özlərini birgə asaraq intihar ediblər.
Hadisə yerinə baxış zamanı polis əməkdaşları onlara aid sümükləri və digər qalıqları aşkar edib.
Faktla bağlı araşdırma aparılır.