Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub

Gürcüstan-Azərbaycan sərhədində baş verən zəlzələ ətraf rayonlarda 3-4 bala qədər hiss olunub. Bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda hiss olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, zəlzələ nəticəsində Azərbaycan ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumatın daxil olmayıb.

“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 17.07.2024-cü il tarixində yerli vaxtla saat 06:09-da Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - açıqlamada deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ