İmranla birgə Rəsul da dənizdə batıb - Tələbələrin faciəsi

Bakı Mühəndislik Universitetinin tələbəsi Nurməmmədli Rəsul Əli oğlu dənizdə boğularaq vəfat edib.

Bildirilir ki, Nurməmmədli Rəsul universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat ixtisasının III kurs tələbəsi olub.

Qeyd edək ki, ötən gün UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin III kurs tələbəsi İmran Cəbrayılov da dənizdə boğularaq dünyasını dəyişib. 

Sosial şəbəkələrdə yayılan məlumata görə, hər iki tələbə dost olublar və onlar eyni anda dənizdə batıblar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ