Bakıda yolun hərəkət hissəsindən keçən piyadanı sürücü son anda vurmaqdan yayınıb və qəza törədib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir ki, hadisə Yasamal rayonu Tbilisi prospektində baş verib.
Yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobilin sürücüsü son anda vurmaqdan yayınıb, lakin qəza törədib. Nəticədə həm nəqliyyat vasitəsinə ziyan dəyib, həm də yolda sıxlıq yaranıb.