Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Hadisə Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, sürücü yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobili ilə yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən şəxsi vurub və hadisə yerindən qaçıb.
Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yerüstü piyada keçidi var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib.
“Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır və təqsirkar sürücünün müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir”, - deyə o qeyd edib.