Xəbər verdiyimiz kimi, iyulun 14-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində Məhəmməd Nəsirov dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Məhəmməd Nəsirov 108 saylı orta məktəbin 10-cu sinif şagirdi olub.
Məhəmmədin qardaşı isə hadisəni tərxis olub evə qayıtdığı gün öyrənib.