Hərbidən qayıtdı, qardaşının dənizdə batdığını dedilər - video

Xəbər verdiymiz kimi, 17 yaşlı Məhəmməd Nəsirov iki gün öncə axşam 19:00 radələrində Bilgəh çimərliyində batıb.

Məhəmmədin qardaşı hadisəni tərxis olub evə qayıtdığı gün öyrənib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, onun axtarışları davam edir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

“Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ