Bilgəhdə məktəbli dənizdə batıb. Axtarışlara helikopter cəlb olunub - video

Ötən gün, iyulun 14-də, paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində bir nəfər dənizdə batıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs orta məktəb şagirdidir. Məhəmməd Nəsirov adlı yeniyetmə 108 saylı orta məktəbin 10a sinif şagirdi olub. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, onun axtarışları davam edir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

“Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ