I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib: Doğru cavablar açıqlandı

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

Doğru cavablara buradan baxa bilərsiniz:

//dim.gov.az/CkImage/2024_14_COGR_2_int_1720948664.pdf

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ