Daha bir yeniyetmə dənizdə batdı, digəri xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun isə meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, ötən gün 3 nəfər Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batıb. Onların meyiti bu gün səhər saatlarında tapılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ