Qardaşların və digər yeniyetmənin meyiti tapıldı - video

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərin – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlun, 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu, 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunnişdu. Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak etmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ