Uşağa şiddətə görə işdən çıxarılan bağça müdiri açıqlama verdi - video

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçanın müdiri və müəllimi işdən çıxarılıb. Buna səbəb həmin bağçada azyaşlıya qarşı şiddətin göstərilməsi olub.

Bağçadanın qadın müdiri REAL TV-nin kamerasına tuş gəlib.

Həmin anın görüntülərini təqdim edirik:

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Qeyd olunub ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. 

“Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ