İlham Əliyevdən - YENİ TƏYİNATLAR

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Buta.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ