İmtahandan yüksək bal yığan müəllim əməliyyatdan sonra öldü

Lənkəran rayonunda müəllim vəfat edib.

Bbu barədə rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbi feysbuk hesabında məlumat yayıb.

Bildirilib ki, məktəbin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Qeyd edək ki, məktəb Sədaqət Nəsirovanın 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal topladığı məlumatını yaymışdı.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ