Pakistan qırıcıları İlham Əliyevin təyyarəsini müşayiət etdilər - video

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsinin Pakistan ərazisinə daxil olarkən havaya qaldırılan qırıcıların onu qarşılayıb müşayiət etməsinin görüntüsü yayılıb.

Videonu Pakistan Hava Qüvvələri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, daha əvvəl bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!” - paylaşımda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ