Bakıda ağır avtomobil qəzası olub - video

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.

O bildirib ki, hadisə bu gün səhər 06:00-da baş verib: 

“Belə ki, “Hyundai” markalı 90-DO-959 dövlət nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü Əli Cavanşir oğlu Qasımov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ