Məşhur bloqer Hüseyn Bakıda əməliyyat olundu

Son günlərin ən çox müzakirə edilən məşhurlarından - sosial media fenomeni, tanınmış həmyerlimiz Hüseyn Həsənov göz əməliyyatı üçün Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bloqer uzağı zəif görmədən, eynək taxmaq kompleksindən əziyyət çəkirmiş. 

H.Həsənovun gözləri müayinə edildikdən sonra, görməsinin 70% olduğu məlum olub. Bloqer əməliyyatını “Badam Medical Center”də etdirib. Ekzimer lazer əməliyyatından sonra bloqer gözlərini yenidən yoxlatdırıb və 120% görməsinin olduğu qənaətinə gəlinib.

Hüseyn özü də instaqram səhifəsində əməliyyatla bağlı paylaşım edib: “Çoxu soruşur ki, özünü əməliyyatdan sonra necə hiss edirsən? Özümü möhtəşəm hiss edirəm. Gözüm əməliyyata qədər 70% görürdü. Bu gün səhər yoxlatdırmışam - 120%!!! Ekzimer lazer əməliyyatı istəyənlərə bu korreksiyanı tövsiyə edirəm”.

Badam klinikasında müasir oftalmoloji avadanlıqlar vasitəsilə həyata keçirilən göz əməliyyatından kadrları tibb müəssisəsi öz instagram hesabında paylaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ