“Avtoş Dönər” bağlandı. Ətdə bağırsaq çöpü aşkarlanıb

Bakının Nəsimi rayonunda  fiziki şəxs Məmmədov Bəhlul Sərvər oğluna məxsus “Avtoş Dönər” iaşə obyekti bağlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu məlum olub. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.

Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ