Anar Məmmədov on milyonlarla dolları nəyə xərcləyib? Sensasion araşdırma

Beynəlxalq jurnalistlər qrupu araşdırma zamanı Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun son illərdə Londondakı KFC restoranlar şəbəkəsinə və daşınmaz əmlaka milyonlarla dollar sərmayə qoyduğunu üzə çıxarıb. Bu barədə Haqqin.Az satı yazıb.

Məlumata görə, atasının istefasından sonra kiçik Məmmədovun işi yaxşı getmirdi... Lakin eyni zamanda bir vaxtlar qüdrətli nazirin oğlu KFC-nin ABŞ-dakı baş ofisi ilə françayzinq müqaviləsi əsasında Londonda yeni restoranlar şəbəkəsini açıb. Məmmədov bəzən əvvəllər korrupsiya kanalları ilə əldə etdiyi pulları yatırmaq üçün ofşor mexanizmlərdən istifadə edib.

Ziya Məmmədov Ucara gedib və əkinçiliklə məşğul olur

Bununla belə, KFC şəbəkəsinə investisiyalar Məmmədovun Böyük Britaniyadakı biznes portfelinin və daşınmaz əmlakının yalnız bir hissəsidir. “Transparency İnternational UK” təşkilatının əldə etdiyi Böyük Britaniyanın torpaq reyestrinin qeydlərinə görə, portfelə Londonun ən bahalı küçələrindən birində ümumi dəyəri 30 milyon dollardan çox olan əmlaklar daxildir. Bu daşınmaz əmlakın böyük hissəsi Ziya Məmmədovun nazir olduğu zaman alınıb.

Anar Məmmədovun Londonda KFC restoranları açması xəbəri ilk dəfə 2022-ci ilin sonunda Azərbaycan mediasına sızıb. Daha sonra jurnalistlər bu barədə atasına müraciət ediblər. Ziya Məmmədov məlumatı təkzib edib.

“Bu xəbəri kim yazıbsa, gedib restoranı tapsın. Mən ona bu restoranları hədiyyə edəcəm. 30 ildir hər cür cəfəngiyyat yazırlar... Anarın Britaniyada restoranı yoxdur”, - deyə Ziya Məmmədov bildirib.

Qeyd edək ki, Ziya Məmmədov vəzifədən getdikdən sonra vaxtının çox hissəsini doğulduğu Ucar rayonunda keçirir. Onun sözlərinə görə, əkinçiliklə və Quran oxumaqla çörəkpulu qazanır. Bir neçə il əvvəl keçmiş nazir etiraf edib ki, “bu günlərdə əkinçiliklə məşğul olmaq o qədər də asan deyil”.

Anar Məmmədov restoranlar alır 

Jurnalistlər müəyyən ediblər ki, Londonda ən azı 20 restoranı olar Anar Məmmədovun işləri pis getmir. Məmmədov 10 ildən çox əvvəl offşor şirkətlər vasitəsilə bu restoranlara investisiya qoymağa başlayıb.

Məmmədovun özü Britaniyanın Liverpul, Uiqan, Bolton və Preston şəhərlərindəki mülkləri, həmçinin KFC restoranlarına investisiyaları olan portfeli ilə bağlı sualları cavablandırmayıb.

Məlumdur ki, keçmiş nazirin oğlu ilk dəfə 2013-cü ildə İngiltərədə “fast food” sektoruna investisiya qoymağa başlayıb. Həmin vaxt o, KFC şəbəkəsinin operatorlarından biri olan “1st Rate Investment (UK) Limited”i alıb. Anar daha sonra ZQAN holdinqinin nəzdində birləşən atasının biznes imperiyasını idarə edib.

Alışdan dərhal sonra təqdim edilən maliyyə hesabatlarında qeyd olunur ki, Virgin Adalarındakı ana şirkət ofşordur və “son sahib” sütunu boşdur. 2016-cı ilin noyabrında, Mamedov tərəfindən satın alındıqdan üç il sonra, 1st Rate Investments benefisiarını “A.

Hazırda “A.Məmmədov” Böyük Britaniyada atasının krallıqdakı əsas şirkətinin üç törəmə şirkətinə məxsus ən azı 20 KFC restoranının sahibidir. Britaniyanın əmlak reyestrinin qeydləri göstərir ki, Məmmədov bu üç törəmə şirkətdən - “Amber Restaurants Limited”, “BJR Foods Limited” və “Colonel Foods Limited”dən ən azı 26 bina icarəyə götürmək üçün istifadə edir. Ən son maliyyə hesabatlarından belə görünür ki, Məmmədovun “1st Rate Investments (UK) Limited” şirkətinin 2021 və 2022-ci illər üçün orta illik dövriyyəsi təxminən 50 milyon dollar, səhmdarların kapitalı isə 2022-ci ildə təxminən 7 milyon dollar təşkil edir.

Maliyyə sənədlərindən məlum olur ki, Məmmədov Vircin Adalarında yerləşən  “1st Rate Investments (UK) Limited” şirkəti vasitəsilə Böyük Britaniyadakı KFC biznesinə 10 milyon dollardan çox faizsiz kredit ayırıb. Maliyyə sənədləri göstərir ki, Məmmədov sonradan KFC biznesindən milyonlarla dolları kreditlər və dividendlər şəklində  “1st Rate Investments (UK) Limited”ə köçürüb.

“1st Rate Investments (UK) Limited” şirkəti Gernsidə qeydiyyatdan keçmiş “Hansard Limited” tərəfindən idarə olunur. Məmmədovun məhz “Hansard Limited”lə əməkdaşlığı sonradan maliyyə tənzimləyicilərinin diqqətini çəkib.

2021-ci ilin dekabrında Gernsidəki maliyyə tənzimləyicisi “Hansard Limited” və onun direktorlarına şirkətin “müştərilərin maliyyə cinayətləri risklərinə nəzarət edə bilmədiyi” səbəbi ilə yüz minlərlə dollar məbləğində bir neçə cərimə kəsib.

Londonda KFC restoranın var?

Cərimələrdə Məmmədovun adı birbaşa göstərilmir, lakin ümumi məlumatı bir neçə KFC restoranının azərbaycanlı sahibinə uyğun gələn “Cənab A” işində  “Hansard”ın öhdəliklərinə əməl etməməsi nümunəsi göstərilir.

Gernsi tənzimləyicisi müəyyən edib ki, “Hansard” müştəri etməzdən əvvəl “Cənab A”nın sərvətinin mənbəyini müəyyən etmək üçün düzgün addımlar atmayıb, həmçinin müştərisini məşğul olduğu ilk iki il ərzində siyasi əhəməiyyətli şəxs kimi göstərməmişdi.

“Hansard” təkcə Məmmədovun KFC biznesi ilə deyil, həm də Londondakı daşınmaz əmlak holdinqləri ilə bağlıdır.

2010-cu ildə Məmmədov 17,2 milyon dollara Londonun nüfuzlu Meyfer rayonundakı “Conduit Street”də ofis binası alıb. Bina hazırda yenidən tikilir, lakin bir vaxtlar “East India Company” şirkətinin ofisi olub. Yaxınlıqda bahalı geyim mağazaları olan məşhur “Savile Row” yerləşir; 1969-cu ildə “Beatles” qrupunun damdakı məşhur konserti orada baş tutub.

Satın alındıqdan 5 il sonra Məmmədov mülkiyyət hüququnu “Hansard” vasitəsilə sahibi olduğu Virgin Adalarında qeydiyyatdan keçmiş “Four Investments Holdings Limited” şirkətinə keçirib.

Ridjent küçəsindən kənarda yerləşən və bahalı butiklərin yerləşdiyi bina “Four Investments Holdings Limited”in mülkiyyəti olaraq qalır, lakin həm şirkətin, həm də torpağın son sahibi Cəbəllütariqdən idarə olunan trast şirkətidir.

“Hansard” jurnalistlərin suallarına cavab vermədi.

Böyük Britaniyanın torpaq reyestrindən verilən məlumata görə, Məmmədov krallıqda ən azı 38 milyon dollar dəyərində əmlak alıb (Konduit küçəsindəki bina da daxil olmaqla). Buraya Məmmədovun KFC restoranları üçün icarəyə götürdüyü əmlak daxil deyil, çünki onun dəyərinin qiymətləndirilməsi sənədlərdə göstərilməyib.

O, hələ də Londonun şimalındakı Bişop prospektində, milyarderlər məhəlləsində altı otaqlı malikanəyə sahibdir. Bu bina 2001-ci ildə ona dörd milyon dollara başa gəlib. Parlament üzvü Marqaret Hodcun qiymətləndirməsinə görə, 2017-ci ildə binanın dəyəri 8,8 milyon dollar təşkil edib.

2012-ci ildə Məmmədov Hayd Park və Bukingem Sarayının yaxınlığındakı məşhur Belqraviya ərazisində “Grosvenor Crescent”də (2017-ci ilin reytinqinə görə Britaniyanın ən bahalı küçəsi) 17 milyon dollara mənzil alıb.

Torpaq reyestrinin məlumatına görə, o, 2019-cu ildə mənzili 8,5 milyon dollar zərərlə satıb.

2017-ci ildə deputat Marqaret Hodc Britaniya parlamentində Anar Məmmədovun Londonda əmlak alması məsələsini qaldırıb. O, bildirib ki, azərbaycanlı məmurun oğlu Londonun elit Bişops prospektində cəmi 20 yaşında 4 milyon dollara ev alıb. Bu ev hələ də Məmmədova məxsusdur: onun bazar dəyəri hazırda 15 milyon dollardır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ