Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
Oxu.Az xəbər verir ki, görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Onlar gülərək siçovulun mətbəxə haradan girməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qeyd edək ki, həmin restoranın “Biblioteka” olduğu iddia edilir.
Məsələ ilə bağlı adıçəkilən restoran açıqlama verib:
“Təmizlik işləri aparılarkən qapı açıq qalıb. Siçovul zibillikdən gəlib. Bizim restoran mərkəzi yerdə yerləşir. Ayda iki dəfə dezinfeksiya işləri aparırırq.Əməkdaşlar görüntüləri ola bilsin daxili qruplarda yönləndirmə edib. Hazırda bütün tədbirlər görülüb. Təmizlik işləri aparılıb”.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ nəzarətə götürülüb.
“Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.