Bakıda mərkəzində gənc qızın oğlan tərəfindən döyülməsinin videosu yayılıb.
Sosial şəbəkədə yayılan görüntülərdə oğlanın qıza şiddət göstərdiyi əks olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, hadisə paytaxtın Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində baş verib:
“Kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq polis bölməsinə gətiriliblər. Görüntülərdəki qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib. C.Sadiqov əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tərkib hissəsi olduğundan barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib”.