Bu gün, 8 fevral tarixinə AMEA Rəyasət Heyətinin toplantısı təyin edilib.
Buta.media Publika.az-a istinadən xəbər verir ki, iddia olunur ki, toplantıda Ramiz Mehdiyev istefa verəcək.
Onun yerinə birinci vitse-prezident Arif Həşimovun seçiləcəyi də bildirilir.
Qeyd olunur ki, AMEA prezidenti Rəyasət Heyətinin toplantısında deyil, AMEA Ümumi yığıncağında seçilir. Bu baxımdan hətta Ramiz Mehdiyev həmin gün istefa versə belə, Arif Həşimov səlahiyyətlərin icraçısı ola bilər.
Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-cu ildə gəlib. Bundan sonra qurumda baş verən korrupsiya və pulla diplom alınması haqda məlumatlar mətbuatın gündəminə çevrilib. Elə Ramiz Mehdiyevin özünün də pulla diplom alması məsələsi də diqqət mərkəzinə gəlib. 2020-ci ildə Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi pulla akademik diplomu almaqda ittiham etmişdi.