Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı hava limanında olub.
Daha sonra dövlət başçısı Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub və əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
Prezident İlham Əliyev həmçinin Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.