Xırdalanda su borusu partladı - video

Xırdalanda küçədə su borusu partlayıb. Hadisə şəhərin 28-ci məhəllə adlanan ərazisində baş verib.

Görüntülərdən bəlli olur ki, suyun yüksək təzyiqi onun ətrafa yayılmasına səbəb olub. 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq əraziyə əməkdaşlar göndərilib:

“Həm “Azərsu”, həm də RİH-in əməkdaşları ilə birgə yerində baxış keçirilib. Magistral su xəttində qəza olub. Suyun təzyiqi aşağı düşəndən sonra “Azərsu” əməkdaşları tərəfindən işə başlanılacaq. 1-2 saata bərpa işləri başa çatacaq”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, problem artıq həll olunur:

“Xırdalanda şəbəkə xəttində qəza var idi. Məlumat daxil olan kimi, yönləndirilib. Artıq suyun verilməsi dayandırılıb. Axıntının qarşısı alınıb və təmir olunub. Yaxın 1 saat ərzində işlər yekunlaşacaq”. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ