Azərbaycanda geoparklar yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması nəzərdə tutulur.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və  ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkəmizdə ilk dəfə olaraq Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Biosfer Qoruğu yaradılır. Bununla bağlı,  YUNESKO-nun “İnsan və Biosfer Proqramı”na təqdim ediləcək nominasiya dosyesinin  hazırlanması prosesi yekunlaşıb. 
Ölkəmizdə bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin genişləndirilməsi məqsədilə Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parklın yaradılması ilə bağlı işlər davam etdirilir. Bununla bağlı işçi komanda formalaşdırılıb və işlər  aparılır.

Hazırda ölkəmizdə ümumi sahəsi 893 000  hektara qədər olan 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bununla yanaşı xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ