Bakıda qadın direktor saxlanıldı

Bakıda “Moon Kid” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım İmamət qızı Rüstəmova saxlanılıb. Bu barədə Qaynarinfo məlumat yayıb. 

Havvaxanım Rüstəmova dələduzluq əməlində ittiham edilir. O, xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.

Artıq xanım direktorun rəhbəri olduğu “Moon Kid” uşaq bağçası da fəaliyyətini dayandırılıb.

Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ