Azərbaycanda xəstəxana direktoru vəzifəsindən azad edilib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, F.Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ