"Competo"-ya yeni baş icraçı direktor təyin olundu

"Competo" MMC-yə yeni baş icraçı direktor təyin edilib.

1 iyul 2024-cü il tarixindən bu vəzifəyə Rauf Qulaməliyev gətirilib.

Qeyd edək ki, Rauf Korporativ maliyyə üzrə magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə "PAŞA Holding" MMC-yə qoşulub və 1 iyul 2024-cü il tarixinə qədər Ekosistemin İnkişaf Strategiyası üzrə rəhbər vəzifədə çalışıb.

O, "Umico Bonus", "Umico Market" və "m10" kimi məhsulların ərsəyə gəlməsində birbaşa iştirak edib və bu məhsulların uğurunda mühüm rol oynayıb. Bununla yanaşı, Rauf, "Uklon", "Trendyol" və "Bakıkart" kimi uğurlu tərəfdaşlıqları birbaşa olaraq idarə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ