Azərbaycanda direktor koronavirusdan vəfat etdi

Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Cəmil Məmmədov koronavirusdan vəfat edib.

40 yaşlı C. Məmmədov təxminən bir ay əvvəl COVID-19-a yoluxub. Bu müddət ərzində xəstəliklə mübarizə aparsa da, həyatını xilas etmək mümkün olmayıb.

C. Məmmədov daha əvvəl Bakı Mühəndislik Universitetində Pedaqogika kafedrasının müdiri işləyib. O, Türkiyənin Uludağ Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə) bakalavr, İstanbul Universitetində Təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistr təhsili alıb.

Mənbə: Qafqazinfo

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ