Bakının Yeni Yasamal, Binəqədi, Yeni Ramana, Şıxov və digər bir sıra ərazilərinə metro xətləri çəkiləcək.
Bu fikirləri “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Xəzər TV-nin efirində səsləndirib.
Bəxtiyar Məmmədov bildirib ki, ən önəmli məsələlərdən biri də yaşıl və qırmızı xətt layihələrinin ayrılmasıdır. Bu, paytaxtın kənar ərazilərində də nəqliyyat probleminin həllinə müsbət təsir göstərəcək.
O həmçinin qeyd edib ki, Bakı Metropolitenində yeni müasir qatarların xəttə buraxılması prosesi davam edir. Yaxın bir il ərzində daha 35 yeni vaqon gətiriləcək.
Bəxtiyar Məmmədov onu da əlavə edib ki, yaxın zamanlarda metroda ödənişləri bank kartları ilə etmək mümkün olacaq.