BDU-nun müəllimi qəzada vəfat etdi - Foto

Xızı rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Quba yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində Tərlan Babayevin idarə etdiyi “Kia” markalı 77 KF 614 dövlət nömrə nişanlı minik avtomobili 11 BD 711 nişanlı “KamAZ”la toqquşub. 

Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri, 1974-cü il təvəllüdlü Lalə Abduləli qızı Hüseynova hadisə yerindəcə həyatını itirib. Digər sərnişinlər Mina Aslanova və Könül Babayeva isə xəsarət alıblar.

Qeyd edək ki, vəfat edən L.Hüseynova BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ