"Çimərliyə girişə iki yerdə şlaqbaum qoyaraq insanların istirahət hüquqlarını pozurlar".
Bu iddianı vətəndaş sosial şəbəkədə paylaşdığı videoda irəli sürüb.
Onun sözlərinə görə, söhbət Bilgəhdə yerləşən sanatoriyanın həyətindən gedir:
"Burada iki şlaqbaum qoyublar və insanların çimərliyə getməsinə maneçilik törədirlər. Şlaqbaumların hər birində bir qiymət qoyublar, 5 manat ödəməlisən ki, dəniz tərəfə keçəsən. Camaatın haqqına girirlər. İlk qapıda 2 manat vermişik, burada da pul istəyirlər".
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi sanatoriyaya aid olduğu üçün müdaxilə etmək mümkün deyil.